Yuxarı

Milliön 6500 terminal ilə ölkənin ən geniş ödəniş şəbəkəsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milliön 6500 terminal ilə ölkənin ən geniş ödəniş şəbəkəsidir

Bir ekosisteminin ödəniş brendi olan Milliön böyüməyə davam edir. Şəbəkəsini davamlı olaraq genişləndirən brend, 6500 ödəniş terminalı ilə hazırda Azərbaycanın lider terminal şəbəkəsi statusunu qazanıb.

6500 – sadəcə bir rəqəm deyil, xidmətlərin hər kəs üçün tam əlçatan olması deməkdir. İstər Bakıda, istərsə də bölgələrdə vətəndaşların xidmətində olan Milliön terminalları vasitəsilə kommunal, internet, mobil rabitə və yüzlərlə digər ödənişi günün istənilən saatında – 7/24 rejimində, tam rahat şəkildə həyata keçirmək mümkündür.

Vətəndaşların rahatlığı qədər, xidmətin sərfəli olması da əsas prioritetdir. Milliön-də ölkənin əksər bankları üzrə ödənişlər və karta mədaxil əməliyyatları tamamilə komissiyasızdır (bəzi bankların tətbiq etdiyi məbləğ limitləri çərçivəsində). Yəni, istifadəçilər əlavə xərcə düşmədən asanlıqla balanslarını artıra və digər ödənişlərini həyata keçirə bilirlər.

Bu gün əldə olunan nəticə, Milliön-ün illərdir formalaşdırdığı təcrübənin və yenilikçi yanaşmanın davamıdır. Ölkənin ilk ödəniş terminal şəbəkəsi olaraq Milliön nağd puldan rəqəmsal ödənişlərə keçiddə öncül rol oynayıb. Rəqəmsal ödənişlərin rahatlıq gətirilməsi də daxil olmaqla, kommunal ödənişlərin terminallara gətirilməsindən tutmuş, ilk dəfə şəxsi kabinetin yaradılmasına qədər bütün bu addımların tək bir məqsədi olub: insanların gündəlik ödənişlərini daha sadə, sürətli, təhlükəsiz və əlçatan etmək.

Terminal şəbəkəsinin idarə edilməsi departamentinin direktoru İlahə Zeynalova Milliön brendinin yeni uğuru ilə bağlı fikirlərini bölüşüb:

“Əsas məqsədimiz hər zaman müştərilərimizə daha yaxın olmaq, onların vaxtına qənaət etmək və ödəniş proseslərini maksimum dərəcədə sadələşdirməkdir. 6500 terminal yalnız Milliön-ün fiziki böyüməsi deyil, həm də istifadəçilərimizin ölkənin ilk ödəniş terminalı şəbəskəsinə olan böyük inamının və uzun illərə dayanan etibarlı fəaliyyətimizin əyani göstəricisidir. Qarşıdakı dövrdə də bu əlçatanlığı yeni texnologiyalarla daha da inkişaf etdirəcəyik."

Bir ekosisteminin ödəniş terminalı şəbəkəsi olan Milliön, Azərbaycanda nağd ödənişlərdən elektron ödənişlərə keçid bazarının mübahisəsiz lideridir. Rahatlıq, sürət və etibarlılıq prinsipləri üzərində qurulan şəbəkə gündəlik ödənişlərin idarə olunmasını tamamilə asan və təhlükəsiz edir.

Milliön müştəri xidmətləri: *0010

Tarix
2026.09.11 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla