Yuxarı

“Binə” bazarında yanğın qəsdən törədilib – İddia/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Binə” bazarında yanğın qəsdən törədilib – İddia/Video

Dünən Binə Ticarət Mərkəzində baş verən güclü yanğınla bağlı sahibkarlar iddia ilə çıxış ediblər. Mərkəzdə çalışan sahibkardan biri "Axar.az"a bildirib ki, yanğın qəsdən törədilib.

Əmlaklarına külli miqdarda ziyan dəymiş sahibkarlar buna səbəb kimi ticarət mərkəzinin üç fərqli hissəsində elektrik xətlərindəki qısaqapanmanın eyni anda baş verməsini göstərirlər. Sahibkarlar iddia edir ki, elektrik naqillərindəki qısqapanmalar 4-cü, 5-ci və 6-cı korpusda – bir-birinə yaxın ərazidə baş verib. Bu isə yanğının daha şiddətli olması üçün qəsdən törədildyi versiyasını gündəmə gətirir. İddialara görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının hələ tüstülənmə başlayarkən gəlib çıxmasına baxmayaraq, yanğının qarşısını dərhal ala bilməməsinin səbəbi də eyni vaxtda üç istiqamətdə başlayan və birdən-birə alışan ocaqlarla bağlıdır.

Onu da bildirək ki, Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların sığortası yoxdur və dəymiş ziyanın ödənilməyəcəyi sahibkarları çıxılmaz vəziyyətə salıb.

***

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, Binə Ticarət Mərkəzinin 4-cü və 5-cı sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazası 1800 kv. m sahədə yanıb. Ticarət Mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2013.12.25 / 11:51
Müəllif
İlqar Vəliyev, İsmi Şahzadə
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla