Yuxarı

Şəntop Gəncədə ballistik raket düşən yerə baxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəntop Gəncədə ballistik raket düşən yerə baxdı - Video

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhrində səfərdə olub.

Axar.az xəbər verir ki, qardaş ölkənin məclis başqanı işğalçı Emənistan silahlı qüvvələri tərəfindən son raket atıldığı yaşayış massvinə baş çəkib. Mustafa Şəntop hadisə nəticəsində dünyasını dəyişən soydaşlarımızın yaxınlarına başsağlığı verib, raket zərbəsi düşən əraziyə baxıb.

Məclis başqanı bildirib ki, işğalçı Ermənistanın sivil insanları hədəf alması onların bir daha cinayətkar bir rejim olduğunu bütün dünyaya göstərib.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha bildirən Mustafa Şəntop ölkəmizin haqlı müharibəsinin Türkiyə tərəfindən tam şəkildə dəstəklədiyini növbəti dəfə qeyd edib. Qardaş ölkənin rəsmisi Gəncədən bütün dünyaya bir daha Birləşmiş Millətlər Təşkilatının (BMT) Dağlıq Qarabağla bağlı qəbul etdiyi qənamələri xatırladıb.

Məlumat üçün bildirək ki, Türkiyə Böyük Millət Məclisi Mustafa Şəntopla yanaşı Azərbaycana, o cümlədən Gəncə şəhərinə AKP, Cümhuriyyət Xalq Partiyası, eləcədə insan haqları komissyasının sədri və qardaş ölkənin digər dövlət rəsmiləri gəlib.

Tarix
2020.10.24 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla