Yuxarı

Nazir BMT rəsmisini qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Baş katibi Li Yonqla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan sənayesi, bu sahədə ölkəmizin əldə etdiyi uğurlar barədə məlumat vermiş, sənayenin Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan sənayesi zəngin ənənələrə malikdir.

Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilib. Hazırda qeyri-neft sənayesinin diversifikasiyası, Azərbaycanda sənaye parklarının və məhəllələrinin yaradılması, rəqabətqabiliyyətli sənaye istehsalının daha da artırılması istiqamətində tədbirlər davam etdirilir. Şahin Mustafayev qeyd etmişdir ki, metallurgiya, tikinti materiallarının, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq ölkə sənayesinin prioritet istiqamətləridir. Bu baxımdan, "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda sənayedə rəqabətqabiliyyətliliyin yüksəldilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialı və elmi təminatın gücləndirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Sənaye sahəsində ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin sənaye potensialının daha geniş reallaşmasına öz töhfəsini verə bilər. Hazırda Azərbaycanın UNİDO ilə bir sıra layihələr həyata keçirdiyini qeyd edən Şahin Mustafayev əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.

BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi Li Yonq Azərbaycanın son illər böyük uğurlar əldə etdiyini və bu uğurların yüksək qiymətləndirildiyini bildirib. 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edilməsinin və bu çərçivədə Bakıda keçirilmiş Beynəlxalq Sənaye Konfransının sənaye ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayan Li Yonq Azərbaycanın sənaye potensialına və bu sahədə UNİDO ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə UNİDO ilə əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Tarix
2015.05.02 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla