Yuxarı

Narinin cansız bədəninə sarılan ata... – Qazax jurnalist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narinin cansız bədəninə sarılan ata... – Qazax jurnalist

Ermənistan həyasız və qəddarcasına dinc Azərbaycan əhalisinin soyqırımını həyata keçirir.

Bu barədə Axar.az-a açıqlamasında RK-nın ictimai xadimi, Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Nəsiha Qumarqızı söyləyib.

“Azərbaycanın azadlıq müharibəsinin bu çətin günlərində mən bir Qazaxıstan vətəndaşı kimi, ana, nənə, sadə bir türk qadını olaraq susa bilmərəm. 1992-ci il Xocalı soyqırımı, 2017-ci ildə Füzuli bölgəsindəki mülki əhalinin atəşə tutulması nəticəsində kiçik Zəhranın ölümü gözümüzün önündə canlanır.

İndi isə Gəncə və Bərdədə öz evlərində dinc yatan qadınların, qocaların və uşaqların ballistik raketlə vəhşicəsinə atəşə tutulması nəticəsində bu cür qəddarcasına həlak olması... Teymur Xalıqovun ermənilərin Gəncəni atəşə tutduğu gecə (oktyabrın 17-dən 18-nə keçən gecə) həlak olmuş 10 aylıq körpəsi – Narinin cansız bədənini daşıdığı fotoya baxmaq mümkün deyil. Bu, həyasız və qəddar terrorizmdir, dinc Azərbaycan əhalisinin soyqırımıdır", - deyə o bildirib.

N.Qumarqızı Azərbaycanın maddi dəstəyə və silah təchizatına ehtiyacı olmadığını da vurğulayıb:

“Azərbaycan güclü ölkədir! Onun təchiz olunmuş, kənar yardım və müdaxiləyə ehtiyac duymayan ordusu var. Atalar sözündə əbəs yerə “dost dar gündə tanınar” deyilməyib. Qazaxıstan heç vaxt Azərbaycana qarşı olmayacaq. Bunun sübutu güclü türk köklərimiz, ortaq Dədə Qorqud irsimiz, dostluğumuz və həmrəyliyimiz, iqtisadi münasibətlərimiz, eləcə də Qazaxıstan Prezidenti K.Tokayevin Azərbaycana dəstəyini və həmrəyliyini ifadə etdiyi rəsmi açıqlamasıdır”.

Tarix
2020.10.29 / 12:26
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla