Yuxarı

BMT-nin ofisi qarşısında etiraz: Erməni vandalizmi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin ofisi qarşısında etiraz: Erməni vandalizmi...

Oktyabrın 29-da BMT-nin Cenevrədəki ofisi qarşında Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə almasına qarşı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiyada BMT-dən Gəncə, Bərdə və digər şəhərlərdə həyatını itirmiş insanlarla bağlı ədalətli yanaşma tələb edilib. Tədbir iştirakçıları çıxışlarında bildiriblər ki, bir beynəlxalq qurumun nüfuzu onun qəbul etdiyi sənədlərin kəsəri və icrasının təmin olunması qədərdir. Azərbaycan öz ərazilərində həyata keçirdiyi anti-terror əməliyyatları ilə həm də BMT Təhlükəsizlik şurasının dörd qətnaməsini icra edir və bununla da təşkilatın nüfuzunu xilas edir.

Aksiya iştirakçıları eyni zamanda BMT-ni öz qətnamələrinin arxasında durmağa çağırıblar və qeyd ediblər ki, Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, əksinə, 30 il əvvəl olduğu kimi yenə də dinc günahsız insanları azğıncasına qətlə yetirir. Cəbhədən on kilometrlərə uzaqdakı Azərbaycan şəhərləri hədəfə alınır.

Aksiya zamanı Cenevrə sakinlərinə, Dağlıq Qarabağ həqiqətlərindən və erməni terrorundan bəhs edən məlumat vərəqələri paylanılıb. Çıxış edənlər alman ingilis, fransız və italyan dillərində Gəncə, Bərdə və digər şəhərlərə endirilmiş raket zərbələrinin nəticələrilə bağlı ətraflı məlumat veriblər. Aksiyada hələ də işğal altında olan Azərbaycan şəhərlərinin adları sadalanıb və beynəlxalq qurumlardan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, eləcə də dinc əhaliyə qarşı terroruna son qoymağa çağırılıb.

Aksiyanın bəyanatı BMT-nin Cenevrə ofisinə və bu şəhərdəki beynəlxalq təşkilatların ofislərinə, eyni zamanda diplomatik nümayəndəliklərə təqdim ediləcək.

Tarix
2020.10.30 / 05:25
Müəllif
Axar.az
Digər xəbərlər

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla