Axar.az
Yuxarı

Əlcəzairin Bakı səfiri deklarasiya yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairin Azərbaycandaki səfiri xanım Səlimə Abdelhaqq 1 noyabr Əlcəzairin milli bayramı ilə bağlı deklarasiya yayıb.

Axar.az xəbər verir ki, deklarasiyada deyilir:

“1954-cü ilin 1 noyabr tarixində 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir. 2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur. Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.

Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir. Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq vətənpərvərlik və minnətdarlığımızı bildirmək üçün imkan verir. Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır. Öz fədakarlıqlarından ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək. 2020-ci il 1 noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 noyabr bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin. 1 noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.

Əlcəzairin Bakıdakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır. Yaşasın müstəqil və suveren Əlcəzair və dəyərli şəhidlərimizin ruhları şad olsun".

Tarix
2020.10.31 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

Ağdam Şahbulağının yeni görüntüsü - Video

MM Senata cavab olaraq bəyanat qəbul etdi

Sakinlər şikayət etdi, iş yenə dayandırıldı - Foto

Həbs edilən başçının kadrları eyni gündə öldü

Senatın qətnaməsi Fransanın maraqlarına ziddir - Deputat

Kəlbəcərin çay və gölləri yenidən qiymətləndiriləcək

Bu korona xəstələri barəsində cinayət işi başladı

Ermənilər indi də Laçına od vurur - Foto

Ermənilərin viran qoyduğu Kəlbəcər - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla