Yuxarı

BSU-da yeni ixtisaslar açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu il Bakı Slavyan Universitetinə müxtəlif ixtisaslar üzrə qəbul planının artırılması nəzərdə tutulub".

BSU-un rektoru, professor Asif Hacıyev Report-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, universitetin həm Azərbaycan, həm də rus bölməsinə qəbul olunan tələbələrin sayı artırılacaq. A.Hacıyev bildirib ki, 2015-ci ildə BSU-da yeni ixtisasların açılması da nəzərdə tutulub: "Artıq ixtisasların artması ilə bağlı təkliflərimizi vermişik".

Rektor qeyd edib ki, ötən il BSU-un məktəb-litsey kompleksi tam təmir olunub: "Universitet üçün yeni bina, korpusun tikintisinə gəldikdə isə hələlik belə bir plan yoxdur. Dövlət universitetləri üçün gələcəkdə tələbə şəhərçiklərinin qurulması nəzərdə tutulub. Ümüd edirik ki, bizim universitet də bu tip şəhərçiklərdən birində yerləşdirəcək".

A.Hacıyev deyib ki, hazırda BSU-da yaz imtahan semesterina hazırlıq gedir: "Bizim universitetdə imtahanlarda valideynlər də iştirak edir. Demək olar valideynlərin iştirakı olmadan imtahan keçirilmir. Eyni zamanda BSU-nun tələbələri təşkilatı məsələlərdə çox fəal iştirak edirlər. Onların imtahanlara da nəzarət etmək imkanları var. İmtahan zamanı sui-istifadə hallarının olmaması üçün xüsusi qərargahlar yaradılıb. Tələbələr həm qərərgaha, həm rektora müraciət edirlər. Müraciətlər yerindəcə araşdırılır. Tələbələrdən 3-ü mənim müşavirimdir. Bütün qüvvəmizlə imtahanlarda sui-istifadə halları olmamasına, xoşagəlməz nüansların qarşısının alınmasına çalışırıq".

Tarix
2015.05.06 / 10:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla