Yuxarı

Sanitariya tələbləri pozulan obyektlərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sanitariya tələbləri pozulan obyektlərlə bağlı açıqlama

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, noyabrın 24-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Bəyaz market”də, “Bizim market”də, “Şəmkir səbəti mini bazar” ticarət obyektində, “Buta farm” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Alfa therm kombi mağazası”nda, “Euroclima” MMC-yə məxsus “Qarışıq mallar mağazası”nda, Sərxan Məmmədova məxsus “Kombi satışı” ticarət obyektində, Binəqədi rayonunda “Tayqa ticarət” mağazasında, Elçin Nəbiyevə məxsus “Dam örtükləri satışı” mağazasında, "FAR motors" MMC-yə məxsus “Avtoservis” xidmət obyektində, Xəzər rayonunda “Bazarstore”da, Nəsimi rayonunda "Kredit evi" QSC-də, internet xidmətləri göstərən “SAZZ internet”in ofisində, “Face dent stomotoloji klinikası”nda, Əfsanə Qəniyevaya məxsus ərzaq mağazasında, Nizami rayonunda “Qardaşlar market”də, Səbuhi Məmmədova məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda İlyas Orucova məxsus “Avto ehtiyat hissələri” mağazasında, Xətai rayonunda Natiq Əhmədova məxsus mağazada, "Azəri Med" QSC-yə məxsus “Aptek”də, Qaradağ rayonunda Güloğlan Həsənova məxsus “Elektrik mağazası”nda, Sabunçu rayonunda Vüsal Qəhrəmanova məxsus mebel sexində, ümumilikdə 22 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Tarix
2020.11.25 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla