Yuxarı

Həbs edilən başçının kadrları eyni gündə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən başçının kadrları eyni gündə öldü

Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu ilin sentyabr ayına qədər Biləsuvar RİH-in baş memarı vəzifəsində çalışan Yaşar Əzimov xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Eyni zamanda, Biləsuvar RİH başçısının keçmiş köməkçisi Pöhran Şahbazov koronavirus infeksiyası səbəbilə müalicə olunduğu Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hər iki şəxsin bu ilin sentyabr ayında vəzifələrindən azad edilmişdi. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Biləsuvar RİH-in sabiq başçısı Mahir Quliyevin kadrları olduğu bildirilir.

M.Quliyev bu ilin aprelin 29-da DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Noyabrın 25-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Quliyevin həbs müddəti daha 3 ay artırılıb.

Tarix
2020.11.26 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla