Yuxarı

“Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

“Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir.

Axar.az xəbər verir ki, abunəçilər evlərini tərk etmədən "Nar" xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.

Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq mobil operator bu xidmət vasitəsilə Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilərinin lazımı əməliyyatları birbaşa ünvanlarında əldə etməsini təmin edir. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 Çağrı mərkəzi üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.

Qeyd edək ki, xüsusi karantin rejimi boyunca həftəsonları da daxil olmaqla, müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən də yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.

“Nar” hər kəsi bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

Tarix
2020.11.27 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla