Axar.az
Yuxarı

Axar.Az Logo

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix
2020.11.28 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qubada ikimərtəbəli ev yandı

Mərkəzi Bankın hazırkı binası söküləcək? – Açıqlama

Ölkəmizdən korona ilə bağlı möhtəşəm göstərici

Polis aeroportda əməliyyata başladı, saxlanılanlar var

Qazimizin dili açıldı: sevincindən ağladı... - Video

Yerin kosmosdan heyrətamiz görüntüsü - Video

Hirkan Milli Parkında son durum - Video

Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi - Foto

Polisdən icazəsi olmayan şəxslərlə bağlı - Xəbərdarlıq

Bakı küçələrinə 40 texnika çıxarıldı: 554 küçə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla