Yuxarı

Döyüşdə bir ayağını itirən qazimiz belə qarşılandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində yaralanaraq bir ayağını itirən Abbaslı Abbas xəstəxanadan evə buraxılıb.

Axar.az Hit.az-a istinadla xəbər verir ki, 23 yaşlı Abbas yaşadığı evdə coşqu və sevinclə qarşılanıb. Həmin anları Türkiyənin "Anadolu" agentliyi işıqlandırıb.

Qeyd olunub ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə topçu olan qazi müharibənin son günü minaya düşüb.

Özünü itirmədiyini, 500 metr sürünərək dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib.

Əslən Cəbrayıldan olan qazi “Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram”, - deyə bildirib.

Anası Səbirə İbayeva “Allaha şükür, sağ-salamat qayıtdı. Oğlumla fəxr edirəm və ömrümün sonuna qədər fəxr edəcəyəm”, - deyə söyləyib.

Tarix
2020.12.03 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla