Yuxarı

Vətən müharibəsi memorial kompleksi ilə bağlı - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsi memorial kompleksi ilə bağlı - Təklif

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncamını alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə partiyanın Prezident İlham Əliyevin sözügedən sərəncamı ilə bağlı yaydığı açıqlamada qeyd olunub.

BAXCP bəyan edir ki, Vətən müharibəsində misilisiz qəhrəmanlıqlar nümayiş etdirən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi əbədiyyətə qədər ürəklərdə, yaddaşlarda yaşayacaq, onların adları qürur və and yerimizə çevriləcək.

BAXCP-nin açıqlamasında Vətən müharibəsi memorial kompleksi ilə bağlı təkliflər də yer alıb. Partiya hesab edir ki, memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılmalı, bütün şəhidlərimizin adı memorial kompleksdə öz əksini tapmalıdır:

“Ümid edirik ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi xalqımızın döyüş ruhunu, Vətən sevgisini, milli həmrəyliyimizi, dövlətimizin, ordumuzun əzəmətini nümayiş etdirən memarlıq abidəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın bütövlüyünü və bölünməzliyini simvolizə edəcəkdir”.

Tarix
2020.12.04 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla