Yuxarı

Rzayev Kəlbəcər sakinləri ilə görüşdü: Qayıdış...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rzayev Kəlbəcər sakinləri ilə görüşdü: Qayıdış...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb.

Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan qurtarması nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilib.

Əzəli yurd yerlərinə, ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan keçmiş məcburi köçkünlər indiyədək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Böyük Qayıdışın təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün ölkə rəhbərliyinin bütün zəruri tədbirləri görəcəyinə böyük inam bəslədiklərini söyləyiblər. Bu istiqamətdə atılan məqsədyönlü addımlar yüksək qiymətləndirilib.

Öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, qəhrəman oğullarımızın qanı ilə daha da müqəddəsləşən yurd yerlərinə qayıdışın mənəvi borc olduğu vurğulanıb.

Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.

Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2021.01.12 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla