Yuxarı

KTN Qarabağla bağlı planlarını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTN Qarabağla bağlı planlarını açıqladı

İşğaldan azad edilmiş Qarabağ bölgəsində insanlar məskunlaşdıqdan sonra orada torpaq islahatı aparılmalıdır, aqrar sektorun inkişafı təmin edilməlidir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bölgədə kənd təsərrüfatı ilə məşğul olacaq şəxslərin aqrar texnika ilə təchiz edilməsinə dair planlar hazırlayıb: "İnsanlar məskunlaşdıqca və torpağın əkilib-becərilməsi başladıqca onların kənd təsərrüfatı texnikasına, eləcə də toxum, gübrə və pestisidlərə olan ehtiyacları ödəniləcək".

F.Fikrətzadə Qarabağın aqrar potensialı barədə danışıb: "Həmin bölgədə vaxtilə əhali əsasən heyvandarlıqla məşğul olub. O cümlədən Kəlbəcər, Laçın və Qubadlı rayonları geniş otlaq sahələrinə malikdir. Bu da gələcəkdə ölkənin ət- süd təchizatı balansını artıracaq. Bu ərazidə ixtisaslaşmalar aparıldıqca kənd təsərrüfatının inkişafında indiyə qədər olan ənənələr nəzərə alınacaq. Heyvandarlıqla yanaşı arıçılıq da azad edilmiş ərazilərin bütün sahələri üçün spesifikdir.

Bundan başqa, baramaçılıq sahəsi də region üçün uyğundur. SSRİ dövründə Xankəndində Şəki İpək Kombinatı kimi bir kombinat da var idi. Baramaçılıq ənənəsi bərpa edildikdən sonra ipək istehsalı üçün perspektiv yaranacaq.

Regionun pambıqçılıqla bağlı da geniş potensialı var. Ağdam və Füzuli rayonlarında pambıq əkini genişləndirilə bilər. Bu rayonların tərəvəz, o cümlədən soğan istehsalında da potensialı böyükdür.

Cəbrayıl və Zəngilanda üzümçülük ənənəsi olub, onu bərpa etmək yenidən böyük perspektivlər vəd edir. Meyvəçilik isə Qarabağ regionu üçün yeni trend olacaq. Həmin ərazilərdə çox suvarma tələb etməyən, ixrac perspektivi olan nar və xurma yetişdirmək olar".

Tarix
2021.01.12 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla