Yuxarı

8 noyabrda şəhid olan “telli oğlan”… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ uğrunda qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də 23 yaşlı Elşəndir.

Axar.az xəbər verir ki, Elşən Elbrus oğlu Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə şəhid Emin Abdullayev adına Oğuz rayon 2 nömrəli tam orta məktəbə daxil olub. 2008-ci ildə təhsilini Oğuz rayonu 3 nömrəli məktəb-liseydə davam etdirib və 2014-cü ildə həmin məktəb-liseyi uğurla bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhsili alıb. Təhsilini bitirdikdən sonra o, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində uğurla xidmət edib. 2020-ci il sentyabrın 27-də müharibəyə yollanıb. O, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Elşənin son döyüş meydanı Şuşa-Xankəndi istiqaməti olub. Noyabrın 8-də bu istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub.

Anası Şərafət xanım danışır ki, Elşən çox təmkinli, az danışan biri olub:

“Elşənin sanki öz dünyası vardı. Heç kimlə işi olmazdı. Çox tərbiyəli, başıaşağı idi. Dost-tanışı arasında özünə elə bir hörmət qazanmışdı ki... Çoxsunu elə şəhidliyindən sonra tanımışıq. Hamısı da fəxrlə danışır. Necə mərd olduğunu, necə qeyrətli olduğunu anladırlar bizə.

Maşın həvəskarı idi. Maşınla neçə kilometrlərlə yol gedərdi, yorulmazdı. Həm də az danışardı. 5 sual verərdin, birinə ancaq cavab verərdi. Əsgərlikdən suallar verirdik, heç nə danışmazdı. Deyirdi, hərbi sirdir. Dəfninə əsgər yoldaşı gəlmişdi. Xatirələrdindən danışdı. Deyir, xidmət vaxtı hamı ona “ağsaqqal” deyərmiş. Çox təmkinli idi. Hamının hörmətini qazanmışdı”.

Anasının sözlərinə görə, Elşənin sinif yoldaşları, müəllimləri xətrini çox istəyib: “Məktəb vaxtı saçı bir az uzun olduğu üçün ona “telli oğlan” deyə müraciət edirdilər. Həssas idi, gözündən heç nə yayınmazdı”, - deyə anası əlavə edib.

Şəhidimiz noyabrın 17-də Oğuz rayon Şəhidlər Xiyabınında dəfn olunub. Elşən Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən ugrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına” görə medalları ilə təltuf olunub.

Allah rəhmət eləsin!

Tarix
2021.01.16 / 16:52
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla