Yuxarı

Türkiyəyə hansı sənədlərlə səfər edə bilərik?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə hansı sənədlərlə səfər edə bilərik?

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Həmin sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının diplomatik pasportu;

2. Azərbaycan Respublikasının xidməti pasportu;

3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.

4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Azərbaycan Respublikası dənizçisinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);

6. Dəmiryol nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi (qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);

7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;

8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi (Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Tarix
2021.01.19 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla