Yuxarı

Şok: Azərbaycanlı qız vitse-prezident qızına ərə getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Azərbaycanlı qız vitse-prezident qızına ərə getdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə ailə həyatı qurub.

Axar.az Nyu York Tayms qəzetinə istinadla xəbər verir ki, onların toyu Kuinsdəki "Skventum Point Park"da bu gün keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub.

Cütlük Fazio-Eynullayeva soyadını götürəcək. Mərasimdə nikah şahidi Massaçusets ştatının senatoru Maykl Barrett olub.

Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məslətçisidir. O, Uelesli kollecini bitirib və Kolumbiyada hüquq dərəcəsini alıb. O, Cozef və Debra H.Fazioların qızıdır.

28 yaşlı Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Konnektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir. Anası Tünzalə Eynullayeva Massaçusets ştatında yaşayır, özünün "Dilaura Naturals" dəriyə qulluq üçün kosmetik vasitələr istehsal edən şirkəti var, eyni zamanda, Sprinqfild məktəbində yarımştat müəllim kimi çalışır.

Xatırladaq ki, Massaçusets ştatında eynicinslərin nikahı qanunidir.

Tarix
2015.05.25 / 01:36
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla