Yuxarı

Azərbaycanlılar gürcü din xadimləri ilə mübahisə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan İkinci Kosalı kəndində yerli sakinlərlə gürcü din xadimləri arasında mübahisə baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, gərginliyə son vaxtlar sakinlərin əkin sahələrindən istifadəsi ilə bağlı yaranan problem səbəb olub.

İkinci Kosalı sakinləri bildiriblər ki, əkin sahələrinin onlara aid olduğunu iddia edən din xadimləri icarə haqqı tələb edirlər. Sakinlərin sözlərinə görə, Gürcüstanın Meşə Məcəlləsinə edilən dəyişikliklərdən sonra bu iddialar intensiv hal alıb.

Həmin torpaq sahələri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin balansındadır və kənd sakinləri uzun illərdir həmin sahələrdə əkin-biçinlə məşğul olur.

Kilsə nümayəndələrinin kəndə növbəti gəlişi yerli sakinlər arasında narazılıq yaradıb. Tərəflər arasında gərginliyin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yeni Meşə Məcəlləsinə əsasən, kilsə və məbədlərə ətraflarında yerləşən və dövlət balansında olan 20 hektaradək torpaq sahələrinin satın alınıb rəsmi olaraq mülkiyyətinə daxil etməsi hüququ verilib.

Tarix
2021.01.21 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla