Yuxarı

Mehdiyevdən qərar: bu şöbə və laboratoriyalar ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevdən qərar: bu şöbə və laboratoriyalar ləğv edilir

Elmi müəssisələrdə istifadə olunan bütün maddə, reagent, standartlar istehsalçı sertifikatı ilə və yaxud da mövcud qaydada tərkib, struktur, xassələr pasportlaşdırılacaq.

Axar.az xəbər verir ki, bu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin imzaladığı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” qərarda əksini tapıb.

Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elm istiqamətində aparılan elmi və elmi-təşkilati işlərin müasir proqram və metodika üzrə icrası akademiyanın İnformasiya Texnologiyaları İnstitutu ilə razılaşdırılaraq həyata keçiriləcək.

Bundan başqa, elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsində elmi, elmi-texnoloji fəaliyyətin nəticəliliyi, nəticələrin yüksək reytinqli elmi jurnallarda nəşri, onlara istinadlar, sərf olunmuş vəsaitə görə gəlir, tətbiq, patent və digər göstəricilər əsas meyarlar olaraq nəzərə alınacaq.

Təsdiq olunan qərarda digər məsələ ondan ibarətdir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında illərlə davam edən, respublikanın elmi və dövlət maraqlarına cavab verməyən, heç bir tətbiq və reallaşma perspektivinə malik olmayan şöbə və laboratoriyaların fəaliyyətinin dayandırılması üçün lazımi tədbirlər həyata keçiriləcək.

Tarix
2021.01.23 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

"Royad Məmmədov" gəmisinin vurulma anı - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla