Yuxarı

Qətldə ittiham olunan güləşçi yığmadan kənarlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətldə ittiham olunan güləşçi yığmadan kənarlaşdırıldı

Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.

Federasiyadan Axar.az-a verilən məlumata görə, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.

Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.

Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.

Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.

Tarix
2021.01.28 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla