Yuxarı

Rusiyada Azərbaycan kartofu 6 manata satılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Azərbaycan kartofu 6 manata satılır - Foto

Rusiyanın Xabarovsk şəhərinin ticarət şəbəkələrindən birinin piştaxtalarında kiloqramı 270 rubla (təxminən 6 manat 20 qəpik) kartof satışa çıxarılıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu, Azərbaycandan idxal edilmiş elit kartof sortudur.

Bu, Xabarovsk sakinlərinin indiyədək qarşılaşdıqları ən bahalı kartofdur. İndiyədək şəhər sakinləri ən baha kartofu 2 kiloqramlıq torbalarda qablaşdırılmış şəkildə 225 rubla alırdılar. Azərbaycandan idxal edilən məhsul isə fotodan göründüyü kimi, faraş kartofdur, yəni istixana şəraitində yetişdirilib.

Xabarovsk ticarət şəbəkələrində habelə kiloqramı 600-700 rubla Azərbaycan pomidoruna da rast gəlmək olar.

Qeyd edək ki, Bakının supermarketlərində son günlər kartofun xeyli bahalaşması müşahidə olunur. Əməkdaşlarımız supermarketlərdən birində o qədər də keyfiyyətli olmayan, “Tovuz kartofu” kimi təqdim edilən kartofun kiloqramının 1 manat 70 qəpikdən satıldığının şahidi olub. Əsas qida məhsullarından olan və gündəlik istehlak səbətində yer alan kartofun bu qış mövsümündəki qiyməti və pandemiyanın məhsulun bazarlara daşınmasına təsiri, yerli məhsulun və idxal olunan kartofun bazarlarda hansı qiymət fərqi ilə satılması mövzusunda əməkdaşlarımızın reportajını yaxın buraxılışlarımızdan birində təqdim edəcəyik.

Tarix
2021.02.13 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla