Yuxarı

Ərazilərin bərpası: xaricdəki soydaşlarımız nə edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərazilərin bərpası: xaricdəki soydaşlarımız nə edir?

İşğaldan azad edilən torpaqlarımızın yenidən qurulmasında bir çox ölkəni təmsil edən investor şirkətlərin iştirakı artıq rəsmiləşmək üzrədir. Maraqlıdır, görəsən xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı milyonçular, iş adamları ərazilərimizin bərpasında rol almaq istəyirmi? Onlar bu prosesə necə qatılmaq niyyətindədirlər: investisiya qoymaq, ianə, yoxsa maddi dəstəklə?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması prosesində yaxından iştirak etmək üçün çoxsaylı müraciətlər edirlər.

“Təbii ki, böyük maraq hiss edirik, xaricdəki azərbaycanlılar bu prosesdə yaxından iştirak etməyə can atır. Azərbaycan diasporunun ianələri və ümumiyyətlə, Qarabağın dirçəlişinə diasporun maddi dəstəyi ilə bağlı rəsmi rəqəmləri YAŞAT və Qarabağ Dirçəliş fondlarından almaq olar. Bu məsələdə rəsmi rəqəmləri açıqlamaq həmin qurumların səlahiyyətindədir.

Bütövlükdə isə prosesə xaricdə yaşayan azərbaycanlıların marağı çox böyükdür”, - o bildirib.

Tarix
2021.02.18 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla