Yuxarı

Növbəti yumşalma hansı sahədə olacaq? – Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti yumşalma hansı sahədə olacaq? – Həkim

Ölkədə koronaya yoluxma sayında artım gözlənilir.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, yumşaldılmalarla bağlı qərarlar və metronun bağlı olması bu ehtimalı çoxaldır:

“Karantin qaydalarında müəyyən qədər yumşaldılmalara gedilib. Orta və ali məktəblərdə ənənəvi tədrisin qismən bərpası, ictimai nəqliyyatda müşahidə edilən sıxlıq və s. halları nəzərə alsaq, ölkədə koronavirusa yoluxma sayında artım ehtimalı qalır. Bu məsələ ilə bağlı əvvəldən dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, karantin qaydalarında yumşaldılmalara gedilməsi qərarlarını sıx-sıx vermək olmaz. Yəni bununla bağlı verilən hansısa qərardan bir neçə həftə sonra digər sahə üzrə yumşaldılmalara gedilə bilər. Karantinin sərtləşməsi isə o zaman ola bilər ki, yoluxma sayı kəskin artsın. Bununla bağlı proses ən azı 2 həftə izlənəcək. Artım olsa, növbəti yumşalmalar yəqin ki, təxirə salınacaq”.

Aydın Əliyev onu da qeyd edib ki, növbəti qarar metronun açılması ilə bağlı verilməlidir:

“İndiki durumda hesab edirəm ki, metro fəaliyyətini bərpa etməlidir. Çünki avtobuslarda həddindən çox sıxlıq var. Metro qapalı məkan olsa da, ventilyasiya sistemi mövcuddur. Buna görə də metro barədə “qapalı məkan olduğu üçün yoluxma sayı çox olacaq” kimi fikirlər doğru deyil. Avtobuslardakı sıxlıqlar yoluxma sayını çoxalda bilər, nəinki metronun açılması. Marşrutlar Bakıda sərnişin yükünü tam həcmdə çəkmək imkanına malik deyil. Ona görə də metronun açılması və sərnişin sıxlığının azaldılması vacibdir”.

Tarix
2021.02.21 / 09:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla