Yuxarı

Tərtərdə daha bir mülki şəxs minaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

19:21

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Axar.az xəbər verir ki, Tərtər Prokurorluğundan verilən məlumata əsasən, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev Trend-ə bildirib ki, zərərçəkənin vəziyyəti orta ağırdır:

“O, hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın, orta üçdə-bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Əməliyyata götürülür”.

Qeyd edək ki, sözügedən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanıb.

Tarix
2021.02.22 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla