Yuxarı

MN-dən Xocalı ilə bağlı daha bir tədbir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-dən Xocalı ilə bağlı daha bir tədbir - Foto

Müdafiə Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.

Nazirlikdən Axar.az-a bildiriblər ki, Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən Qarabağ xalçaları ilə tanışlıqdan sonra Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Abdulla Qurbaninin poeması əsasında hazırladığı “Kül altından boy atacaq Xocalı” adlı film-tamaşadan (bəstəkar: Azad Zahid) fraqmentlər nümayiş olunub.

Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək, Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 29-cu ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsi ilə anıldığını bildirib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin mərkəzlərindən biri olan Xocalının tarixi, strateji əhəmiyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev Xocalı faciəsindən doğan intiqama görə Müzəffər Ali Baş Komandana və qalib Azərbaycan əsgərinə tədbir iştirakçıları adından minnətdarlıq edib və tezliklə Şuşada, Mehmandarovların malikanəsində vaxtilə fəaliyyət göstərən muzeylərinin yenidən bərpa olunacağına, ziyarətçiləri qəbul edəcəyinə və Xocalının kül altından yenidən dirçələcəyinə, ucalacağına əminliyini bildirib.

Tarix
2021.02.26 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şara ilə görüşdü - Foto

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Qafarova və Simonyan arasında görüş başladı - Video

Bakıda Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası başladı

Azərbaycan XİN Suriyanı təbrik etdi

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla