Yuxarı

Avtoşluq edən sürücülər həbs olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoşluq edən sürücülər həbs olundu - Foto

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Axar.az xəbər verir ki, Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri VAZ 2107 markalı avtomobillərlə rayonun Siyaku kəndində yerləşən məktəbin qarşısında nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.

Tarix
2021.02.27 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilə Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla