Yuxarı

30 ölkəyə velosəyahətə çıxan britaniyalı Azərbaycana gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 ölkəyə velosəyahətə çıxan britaniyalı Azərbaycana gəlir

Böyük Britaniyadan olan 26 yaşlı Lyuk Qrenfell-Şou xərçəng xəstələrinə dəstək üçün ötən ilin yanvarında başladığı “Bristoldan Pekinə qədər” (“Bristol2Beijing” - red.) adlı velosiped ekspedisiyası çərçivəsində Türkiyədən Gürcüstanın Batumi şəhərinə çatıb.

Axar.az Report-a istinadən xəbər verir ki, gəncin velosiped səyahəti 30 ölkəni əhatə edəcək.

L.Qrenfell səyahətə ona 2018-ci ildə xərçəng xəstəliyi diaqnozu qoyulandan sonra hazırlaşmağa başlayıb. Onun məqsədi bu ağır xəstəlikdən əziyyət çəkən insanlara inam əldə etməyə kömək olmaq və onlar üçün 300 min avro toplamaqdır.

Anası ilə səyahətə çıxan britaniyalı gəncin velosəyahəti Batumidən Tiflisə, daha sonra isə Azərbaycana doğru davam edəcək.

“Bristoldan Pekinə qədər” layihəsi Avropanın bir sıra KİV-nin diqqətini cəlb edib. L.Qrenfelli Gürcüstanda BBC telekanalının reportyoru müşayiət edir. Müxbir velosipedçinin səyahəti haqqında sənədli filmi lentə alır.

Tarix
2021.02.27 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla