Yuxarı

Müəllimləri koronaya yoluxan məktəbi niyə bağlamırlar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimləri koronaya yoluxan məktəbi niyə bağlamırlar?

Azərbaycanda daha bir məktəbdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 6-cı sinfinin rəhbəri Yeganə Xudaverdiyevanın virusa yoluxduğu məlum olub.

O, bir neçə gün qızdırmalı halda dərs keçdikdən sonra vəziyyəti ağırlaşdığı üçün ailə üzvləri ilə birlikdə xəstəxanaya yerləşdirilib. Həmçinin məktəbin iki müəllimi də koronavirus şübhəsi ilə karantinə alınıb. Buna baxmayaraq, məktəbdə tədris davam etdirilir.

Vəziyyətin təhlükəli olmasıyla bağlı valideynlərin və müəllimlərin məktəb direktoru Çinarə Atayevaya müraciəti cavabsız qalır. Məlumata görə, məsələ ilə bağlı məktəbə yoxlama da gəlib, lakin tədrisin dayandırılması məsələsinə toxunulmayıb.

İddia olunur ki, Çinarə Atayeva bütün imkanlardan istifadə edərək, 8 marta kimi məktəbi açıq saxlamağa çalışır.

Qeyd edək ki, Ç. Atayeva qalmaqallı direktor kimi tanınır. Mətbuatda və sosial şəbəkələrdə onunla bağlı tez-tez tənqidi materiallar yayılır.

Tarix
2021.02.28 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla