Yuxarı

Türkiyə ilə birgə sərgilər təşkil olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə birgə sərgilər təşkil olunacaq

Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, muzey əşyalarının düzgün qorunması, elmi-tədqiqatı, muzey işçiləri arasında təcrübə mübadiləsinin yaradılması, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri v.i.e Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylərin Baş müdir müavini Yəhya Coşqun, Rahmi M.Koç Muzeyləri, Anadolu Mədəniyyətlər Muzeyinin rəsmi nümayəndələri ilə işgüzar görüşlər keçirib.

Mədəniyyət Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə nəzəri və praktiki mübadilənin əhəmiyyəti vurğulanıb və hər iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.

N.Abdullayevanın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşü baş tutub.

Qeyd edək ki, Anadolu Kültürel Girişimcilik şirkəti Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirən beynəlxalq şirkət hesab edilir.

Tarix
2021.03.03 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla