Yuxarı

Lifti, interneti olan ikimərtəbəli qatar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkimərtəbəli, Wi-Fi ilə tam təchiz olunan, nəzarət kameraları quraşdırılan yeni sürət qatarları artıq Bakıdadır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Minskin "Stadler" zavodundan alınan 5 sürət qatarından ikisi artıq Bakıya gətirilib və istifadəyə tam hazırdır. Qalan qatarların çatdırılması isə bu ilin sonunadək gözlənilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov APA-ya bildirib ki, ilkin mərhələdə I Avropa Oyunlarının keçirilməsi zamanı qatarlar Bakı Dəmiryol Vağzalından Bakı Metropoliteninin "Koroğlu" stansiyasınadək marşrut üzrə hərəkət edəcək. Daha sonra onlar Bakı-Sumqayıt marşrutu üzrə xidmət göstərəcək.

"Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci - Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. Daha sonra qatar Bakı-Sumqayıt marşrutu üzrə xidmət göstərəcək" - deyə Nadir Əzməmmədov qeyd edib.

Yeni texnologiyaların tətbiqi istehsal zamanı yeni qatarlara da şamil olunub. Bu səbəbdən yeni qatarların idarəetmə mexanizmi köhnə nəsil qatarlardan fərqlənir. Bəs bu fərqlər nədən ibarətdir? Yeni qatarların idarə etmə prosesini maşinistlər nə dərəcə də öyrənib?

Bütün bu suallara maşinist Mais Məmmədov cavab verdi: "Bu qatarların özləri bizim üçün yenidir. Yeni qatarlar köhnələrdən tamamilə fərqlidir. Burada avtomatlaşdırılmış sürət sistemi qurulub. Yəni sürəti tam olaraq tənzimlənir. Bununla yanaşı, qarşıda olan hər hansı maneəni və qatarın özündə olan nasazlıq kompüterlər vasitəsilə bizi xəbərdar edir, dərhal həmin nasazlıq aradan qaldırılır".

Mais Məmmədov deyir ki, bir neçə ay öncə onlar Minskdə xüsusi kurs keçərək yeni sistemi tam öyrəniblər.

İkimərtəbəli qatarlar 919 sərnişin üçün nəzərdə tutulub. Burada 396 oturacaq quraşdırılıb. Yeni qatarda əlillərin rahat hərəkət edə bilməsi üçün xüsusi lift quraşdırılıb. Burada onlar üçün ayrıca oturacaqlar da təşkil edilib.

Yeni qatarlarda gediş haqqının qiymətinə gəlincə, idarədən bildirib ki, tariflər o qədər də yüksək olmayacaq və bu məsələdə əhalinin sosial vəziyyəti nəzərə alınacaq. Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda İdarə tərəfindən yeni təkliflər hazırlanır.

Tarix
2015.06.04 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla