Yuxarı

Ukrayna DİN: Torpaqlarımızı azad etməyə hazırıq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna DİN: Torpaqlarımızı azad etməyə hazırıq!

Ukrayna Daxili İşlər Nazirliyi "Donbasın işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir.

Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” - deyə, nazirin müşaviri bildirib.

Xəbər verildiyi kimi, martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası” adlı qondarma qurumlar yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “Dxr” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.

Rusiya separatçıların mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə "radikal addımlar" atmağa hazırdır. Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “dxt” və “lxr” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva təmas xəttində artan gərginliyi "dərin narahatlıqla" müşahidə edir. “Donbas ərazisinə Ukrayna silahlı qüvvələri və təmas xəttinə yaxın olan müxtəlif hərbi birləşmələri tərəfindən getdikcə daha çox atəş açıldığını müşahidə edirik. Ukrayna hərbçiləri bəzi bölgələrdə aktivləşib. Bütün bunlar bizim ciddi narahatlığımıza səbəb olur", - deyə, Kreml rəsmisi bildirib.

Rusiyanın da qoşulacağı müharibə haqda Ukrayna siyasətçiləri pessimist əhvaldadırlar. Onlar müharibə olacağı təqdirdə ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.

Tarix
2021.03.07 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla