Axar.az
Yuxarı

Axar.Az Logo

YAP Siyasi Şurası buna görə ləğv edildi - Zahid Oruc

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin və eləcə də yaşadığımız ilin ən mühüm hadisələrindən biri hakim siyasi partiyanın qurultayının keçirilməsi, Prezident İlham Əliyevin dövlətimizin və millətimizin gələcəyi ilə bağlı parlaq çıxışı oldu. Bəli, indi ölkəmiz 1992-ci ilin noyabrın 21-dən fərqli mühitdə yaşayır. Digər tərəfdən, İham Əliyev bir partiyanın deyil, bütün xalqın lideridir. O, ideoloji kursu və təşkilati strukturu ayrı olan bir təşkilatın maraqlarının təmsilçisi kimi deyil, bütövükdə millətin mənafeyindən çıxış edir. Vətən müharibəsində qələbə, yeni hədəflər və yeni ideallar, yeni milli və siyasi kimlik ortaya çıxarır.

Axar.az xəbər verir ki, bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc bildirib.

O deyib ki, hakim partiyanın yenilənməsi zamanın tələbi idi:

“Ona görə də həyata keçirilən struktur, kadr və gözlənilən yeni proqramın qəbulu mühüm hadisədir. Partiyanin idarəedicilərinin yeni tərkibdə formalaşması, onları şəxsən ölkə rəhbəri tərəfindən seçilməsi reputasiyası ilə hakim qüvvəni təmsil etməyə qadir yeni komandanın yaradılması, əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir. Əks halda, Siyasi Şura bütövlükdə ləğv edilməzdi. Prezident 2019-cu ildə başladığı yeni hakimiyyət quruculuğunu davam etdirərək rəhbəri oldugu təşkilatı zamanın çağırışlarına hazırlayır. Hörmətli Mehriban xanımın Birinci vitse-prezidentliyi dövlət idarəçilyi üçün təmizlənmə və şəffaflıq, hesabatlılıq və məsuliyyət yaratdığı kimi, hakim partiyada da birinci müavinliyi düzgün və məsuliyyətli idarəçiliyə, eləcə də qadınların ön mövqelərə çıxmasına, ölkəmizdə xanımların bütün həyat sferalarında uğur qazanmasına mühüm töhfə olacaqdır”.

Z.Orucun sözlərinə görə, elə etmək olar ki, idarəetmə üçün kadrların mühüm bir hissəsi məhz orada formalaşsın:

“Məsuliyyəti də onlar bölüşsün və təmiz olsunlar. Yəqin, icra hakimiyyətlərində müavin postunda olan son 7 rayon rəhbərinin həbsində hakim partiyanın yerli təmsilçilərinin rolu, qanunsuz əməllərdə iştirakı icra hakimiyyətləri-partiya sisteminə yenidən baxmağı zəruri edəcəkdir, islahatların hansı sahələrdə aparılmasının vəsilə olacaqdır”.

“Əlbəttə, verilən qərarlar sübut edir ki, Prezident bütün siyasi qüvvələrin maraqlarının nəzərə alındığı bir ölkə qurmaq istəyir. Digər tərəfdən, YAP xalq partiyası olaraq, yalnız məmurların, yaxud nomenklaturanın deyil, məhz əhalinin əsas qurucu hissəsinin, elmli və intellektual gəncliyin, qadınların, ölkənin ÜDM-ni formalaşdıran sahibkarlar təbəqəsinin partiyası olaraq tanınması arzu edilir. Milyonlarla insanın müdafiə etdiyi bir lider rəhbərlik etdiyi siyasi qüvvənin yalnız say deyil, ictimai siyasi həyatda əsas avanqard qüvvəyə çevrilməsini, ideyalar istehsal etməsini və gündəliyi müəyyənləşdirməsini, dövlət kursunun həyata keçirilməsində öncüllüyünü tələb edir.

Təəssüf ki, gerçək siyasi fəaliyyət son on ildə əsasən iki paltformaya keçib - ya şəbəkə dünyasına, virtual aləmə daşınıb və oradakı qeyri-hüquqi vasitələrlə amansız xarakter daşıyır, ya da ara-sıra davakar siyasi qrupların güc yolu ilə hakimiyyətə gəlmək, xarici mərkəzlərin məxfi yollarla ötürdüyü inqilabi planları icra etmək üçün küçələrə daşınan toqquşmalar şəklini alıb.

Prezident yeni partiyalar sisteminin formalaşmasında maraqlı oldugunu sübut etdi. Qoy müxalifət də ideyaca yaxın olanlarla birləşsin, proqramlarını, ənənəvi fəaliyyət üsullarını dəyişsinlər, təşkilati strukturlarını yeniləsinlər. Belə olarsa, ölkəmizdə canlı və aktiv bir siyasi mühit bərqərar olar! Heydər Əliyev YAP-ı yaradarkən, dövlət qurmağı və ərazi bütövlüyünü təmin etməyi qarşıya ali vəzifə kimi qoymuşdu, indi isə İlham Əliyev onu qorumaq və gücləndirməyi tapşırır!”

Tarix
2021.03.09 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DİN-dən qovulan polkovnikə 9 il də cəza verildi

Yeni səfirin Azərbaycandan ilk paylaşımı - Foto

Ermənilərin Qarabağda tapdığı meyitlərin sayı 1544-ə çatdı

Ramazanın 7-ci günü: duası, imsak və iftar vaxtı

Diqqət: Təhsil kreditləri bu cür veriləcək

“Azercell”ə yeni prezident təyin olundu

DİN Şİrvanda xüsusi əməliyyat keçirdi

Bakıda bu restoranlar cərimələndi - Siyahı

Magistraturaya qəbulla bağlı qərarda dəyişiklik - Rəsmi

Azərbaycandakı qoruqlarda “Açıq qapı” günü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla