Yuxarı

Nazirlik zəncirləri kəsdi, dirəkləri sökdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik zəncirləri kəsdi, dirəkləri sökdü - Video

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bəzi mərkəzi küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə vurulan, hərəkətə mane olan müxtəlif maneələr, zəncirlər və dirəklərin sökülməsi işinə başlayıb.

ASC-dən Axar.az-a verilən məlumata görə, aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Tarix
2015.06.05 / 17:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla