Yuxarı

Ağsu camaatı qorxu içində - Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsu camaatı qorxu içində - Şikayət

Ağsu rayonunda 2 min hektar taxıl sahəsi biçilmədiyi üçün məhv olma təhlükəsi ilə üz-üzədir. Xüsusilə ötən gün Şamaxının Göylər kəndində baş verən və 5 hektar zəminin yanması ilə nəticələnən yanğından sonra aqsulular daha ciddi narahatlıq keçirirlər.

Bu barədə Axar.az-a rayonun Bico kənd sakinləri məlumat verərək bildirib ki, min bir əziyyətlə əkdikləri sahəni biçə bilmirlər. Səbəb isə rayonda taxıl biçimini həyata keçirəcək bir dənə də texniki avadanlığın, kombaynın olmamasıdır.

Sakinlər bildirib ki, taxıllar artıq sünbüllərini tökür, üstəli, tam yetişmiş sahələrin yanğın riski də böyükdür. Yoldan keçənlərin adi ehtiyatsızlığı 2 min hektarlıq sahənin məhvinə səbəb ola bilər. Sakinlərin sözlərinə görə, bu il bolluq olub, hektardan 40 sentnerəcən məhsul götürülməsi ehtimalı çox böyükdür. Allahın qıydığı bu nemət biçimi gecikərsə, kəndlinin illik zəhməti və azuqəsi məhv ola bilər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Axar.az-a açıqlamasında isə bölgələrdə texniki avadanlıq, kombaynla bağlı problemin qalmadığını dedi:

"Bu yaxınlarda ölkəyə yeni kombaynlar gətirilib və bölgələrə paylanılıb. Ola bilər ki, sözügedən rayonda kombaynlarla başqa ərazilərin biçimi həyata keçirilir. Bu səbəbdən bir qədər gecikmə ola bilər".

Mətbuat katibi qeyd edib ki, bununla bağlı nazirliyin Çağrı Mərkəzinə hələlik müraciət edən də olmayıb:

"Əgər kənd sakinlərinin belə bir problemi varsa və ya onlara kombaynların verilməsi gecikdirilirsə, bununla əlaqədar nazirliyin 16-52 Çağrı Mərkəzinə müraciət etsinlər".

Tarix
2015.06.11 / 15:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla