Yuxarı

Toy qadağası ləğv edilməlidir, iqtisadiyyat məhv olur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy qadağası ləğv edilməlidir, iqtisadiyyat məhv olur - Video

Ölkədə toyların keçirilməsinə icazə verilməlidir.

Axar.az xəbər verir ki, bunu "ARB Xəbər”ə açıqlamasında millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, bu qadağa vətəndaşlarla polis arasında münasibətlərə də mənfi təsir edir:

"Daxili İşlər Nazirliyi orqanlarının üzərinə getməyin tərəfdarı deyiləm. Kimsə toy edirsə, onların vəzifəsi buna imkan verməməkdir. Çünki qanun belə tələb edir və onlar da vəzifələrini icra edirlər. Polisi niyə günahkar eləyək? Burada məsələnin kökü odur ki, toylara icazə verilməlidir və polislə vətandaş da üz-üzə qalmamalıdır”.

Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağalar bir çox insanın işsiz qalmasına səbəb olub:

"Şadlıq evlərinin işləməməsi ucbatından yarım milyondan yeddi yüz minə qədər insan əziyyət çəkir. Çünki bir şadlıq evinin işləməsi orada yüzlərlə xidmətin, xidmətçilərin olması idi. Bu qadağalarla biz iqtisadiyyatımızı da məhv etmiş oluruq”.

Tarix
2021.04.13 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla