Yuxarı

Deputatın babasından qalma antikvar samovar oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:20

Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.

"Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi", - zərərçəkən F.Kərimli deyib.

Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır

Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub.

Tarix
2021.04.17 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla