Yuxarı

Xidmət rəisi sahibkarlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xidmət rəisi sahibkarlara xəbərdarlıq etdi

İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu halların qarşısının alınması, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə qurumda məişət texnikası və əşyalarının, geyimlərin, mobil telefonların, mebel istehsalı və satışını həyata keçirən müəssisələrin, həmçinin xaricdən sifariş verilən malların çatdırılması ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bildirib ki, təhlillər ticarət şəbəkələri tərəfindən istehlakçı hüquqlarının pozulması hallarının daha çox lazımi keyfiyyətdə olmayan və ya saxta malların geri qaytarılmaması, malların dəyişmə və qaytarılma qaydalarına əməl edilməməsi, mallara zəmanət müddətinin tətbiq olunmaması, müqavilələrdə istehlakçı hüquqlarının məhdudlaşdırılması ilə bağlı olduğunu göstərir. Mallar barədə düzgün məlumatın verilməməsi, məcburi sertifikatlaşdırılmalı olan mallara aid sertifikatların təqdim edilməməsi də çox rast gəlinən qanun pozuntularındandır. Bundan əlavə, istehlakçıların malların servis mərkəzlərində aparılan ekspertizaların nəticələri ilə bağlı narazılıqları və müraciətləri də artıb.

Görüşdə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, qeyd olunan halların aradan qaldırılması, istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyyələr verilib.

Şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, qanun pozuntuları barədə əsaslı faktlar aşkar ediləcəyi təqdirdə, qanunvericilik çərçivəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcək.

Tarix
2021.04.20 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla