Yuxarı

Goranboyda toy mərasiminin keçirilməsinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda toy mərasiminin keçirilməsinin qarşısı alındı

Goranboy rayonunda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Səfikürd kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Davam etdirilən tədbirlərlə rayonun Düzqışlaq kəndində isə yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb.

Polis əməkdaşlarının keçirdiyi digər müvafiq tədbirlər nəticəsində rayonun Şəfəq kəndində isə xınayaxdı məclisi keçirilməsinin qarşısı alınıb. Məclis iştirakçıları ilə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları onların nəzərinə çatdırılıb, bəziləri barədə iznibati protokol tərtib edilib.

Tarix
2021.04.20 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla