Yuxarı

Həbsdə olan başçı imtiyazlı şəkildə saxlanılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xidmətdən Axar.az-a verilən məlumata görə, bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.

Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda məlumatlar yayılıb. İddia olunub ki, onlar Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında içərisində televizor, xalça və s. əşyalar olan supertəmirli otaqda saxlanılır. Hətta onların xidmətçi tutduqları da bildirilir.

Tarix
2021.05.05 / 09:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla