Yuxarı

Qarabağda vəhşi heyvanlar peyvəndlənir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) əməkdaşları işğaldan azad edilmiş Xocavənd rayonunun ərazisində meşə və meşəətrafı sahələrə, vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə, sahibsiz itlərin çox olduğu ərazilərə ümumilikdə 400 doza aldadıcı yem atıblar.

Peyvəndləmə tədbirlərində iştirak edən AXA-nın sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq.

Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib. AXA-nın əməkdaşları peyvəndləmənin nəticələrini müəyyən etmək üçün tədbirdən üç gün sonra ərazilərdə monitorinqlər keçirirlər.

Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.

Tarix
2021.05.05 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla