Yuxarı

“Azəriqaz” yanında İŞ-yə seçkilərin 2-ci mərhələsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” yanında İŞ-yə seçkilərin 2-ci mərhələsi - Foto

May ayının 7-də saat 11:00-dan 16:00-dək Azəriqaz İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair seçkilərin ikinci mərhələsi keçirilir.

Axar.az xəbər verir ki, aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 % səsini toplaya bilməyib. Ona görə də müvafiq Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. Artıq ikinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiləcəklər. Yəni 17 namizəddən daha çox səs toplayan 11 nəfəri İctimai Şuraya üzv seçiləcək.

Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib.

Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib.

Azəriqaz İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin şəffaflığının bütün ictimaiyyətə təqdim edilməsi məqsədi ilə birinci mərhələdə olduğu kimi bu dəfə də seçki prosesini Feysbuk sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriya izləyə biləcək.

Tarix
2021.05.07 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla