Yuxarı

Goranboyda polis serjantına zor tətbiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda polis serjantına zor tətbiq edildi

Mayın 11-də saat 20 radələrində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy RPŞ-nə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix
2021.05.12 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla