Yuxarı

Bakıda 42 min kvadrat metr sahə təmir edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 42 min kvadrat metr sahə təmir edildi

9 May - faşizm üzərində Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri aparılıb.

AAYDA-dan Axar.az-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə təmir işləri planlaşdırıldığı kimi, 9-15 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.

Belə ki, cari və orta təmir işləri paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Parlament və Mətbuat prospektlərində, Mikayıl Müşfiq, Rəşid Behbudov, Alı Mustafayev və İlqar Musayev küçələrində, həmçinin Şəhər şossesində, Mehdiabad-Digah-Məhəmmədi, Binəqədi-Novxanı və Bibiheybət yollarında aparılıb. Təmir işlərinin aparıldığı ərazilərin sahəsi ümumi olaraq 42 min kv.m-ə yaxındır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qaşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

Tarix
2021.05.16 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla