Yuxarı

Bakıdakı məktəblər dezinfeksiya olunub? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi təhsil müəssisələrində əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib.

BŞTİ-dən Axar.az-a verilən məlumata görə, həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılıb.

Eyni zamanda ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimatı göstərişlər verilib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur. Pandemiya səbəbindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdən mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. Ümumi təhsil müəssisələrinin əyani tədrisə hazırlığı istiqamətində digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi də davam etdirilməkdədir.

Qeyd edək ki, sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.

Tarix
2021.05.16 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla