Yuxarı

Küçə işıqsızdır, qurumlar isə “ötür-ötür”də...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küçə işıqsızdır, qurumlar isə “ötür-ötür”də...

Masazır qəsəbəsinin Əliağa Vahid küçəsinin işıqları gecələr yanmır.

Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Bildirilib ki, gecə saatlarında küçə sürücülər və piyadalar üçün təhlükəli olur.

Abşeron rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə bildirilib ki, küçə işıqlarına Masazır bələdiyyəsi tərəfindən nəzarət olunmalıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Masazır bələdiyyəsinin sədr müavini Yaqub Hüseynovun sözlərinə görə, sözügedən küçə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

“Əsas küçələrin bütün texniki işləri AAYDA-nın öhdəliyindədir. Bələdiyyənin balansına yalnız qəsəbədaxili küçələr daxildir. Mərkəzi küçənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur”, - sədr müavini bildirib.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirib ki, əsas yol - Masazır-Novxanı yoluna AAYDA nəzarət edir:

“Piyada səkisi və səkidə olan işıqlandırma sisteminə isə AAYDA cavabdeh deyil. AAYDA yalnız yolla bağlı problemlərə cavabdehdir. İşıqlandırma sistemləri yerli icra hakimiyyətinin balansındadır”.

Tarix
2021.06.10 / 17:03
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla