Yuxarı

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

Tarix
2021.06.10 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla