Yuxarı

"Zəfər yolu"nun 80%-i hazırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zəfər yolu"nun 80%-i hazırdır

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.

Axar.az xəbər verir ki, körpü barədə Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli şöbənin rəisi İlham Süleymanov danışıb.

O bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib.

Hazırda körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşaya gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində suni qurğular olur ki, körpülər də bu rolu oynayır".

Tarix
2021.06.16 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla