Yuxarı

Hərbçilərimiz ispan jurnalistləri ölümlə hədələyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair Tvitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlayıb.

Şuradan Axar.az-a verilən məlumata görə, müraciətdə bildirilib:

“Sərhədsiz reportyorlar” təşkilatı özünün Tvitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib.

Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.

Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur. Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı növbəti qərəzidir.

Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun Tvitter paylaşımındakı foto-görüntüdən bu qənaətə gəlmək mümkündür. İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.

Bir daha bildiririk ki, "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Tvitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən "Sərhədsiz reportyorlar" təşkilatının əlində alətə çevrilməməlidir.

Tarix
2021.06.24 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla